Əsas səhifə Satış və analitika şöbəsinin kiçik mütəxəssisi-PASHA Life

    Satış və analitika şöbəsinin kiçik mütəxəssisi-PASHA Life

    62
    Paylaş

    Posted 4 years ago

    Struktur bölmə : Satış departamenti, Satış və analitika şöbəsi
    Vəzifə : Kiçik mütəxəssis
    Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
    İş saatları (iş rejimi) : 09:00-18:00
    Son müraciət tarixi : 4 avqust 2019-cu il

    Əsas vəzifə öhdəlikləri:

    1. Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına toplanması;
    2. İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması;
    3. Hesabat məlumatlarının reallığının, düzgünlüyünün və tamamlığının yoxlanılması və təmin olunması;
    4. Qərarvermə prosesini sürətləndirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
    5. Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması;
    6. Məlumatların düzgün klassifikasiyasının və qruplaşdırılmasının təşkil olunması;
    7. Satış işçiləri üzrə təyin edilmiş hədəflər, satış / performans göstəriciləri üzrə həftəlik, aylıq, rüblük və illik analitik hesabatların hazırlanması və müvafiq proqram təminatları vasitəsilə vizuallaşdırılaraq istifadəyə verilməsi;
    8. Mövcud məhsullar və müştərilər (portfel) üzrə satış və marketinq yönümlü müxtəlif analitik panellərin (dashboard) hazırlanması, tələb olunan göstəricilərin (ratios) avtomatik hesablanaraq vizuallaşdırılması;
    9. Sığorta bazarına və şirkətin strategiyasına uyğun potensial müştəri profilinin müəyyənləşdirilməsi;
    10. Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
    11. Büdcə proqnozunun hazırlanması zamanı satışın proqnozunun müəyyənləşdirilməsində iştirak etmək.

    Namizədə olan tələblər:

    İş təcrübəsi : Hesabatların hazırlanması və vizuallaşdırılması üzrə minimum 1 il iş təcrübəsi
    Təhsili/ixtisası : Riyaziyyat, Kibernetika, İqtisadiyyat, Statistika və ya İnformasiya Sistemləri istiqamətləri üzrə bakalavr dərəcəsi tələb olunur
    Dil bilikləri Azərbaycan dilini yüksək, ingilis dilini yaxşı səviyyədə bilməlidir
    Kompüter bilikləri : SQL (MSSQL, T-SQL), SSRS/PowerBI, R, MS Excel, MS Power Point
    Üstünlüklər : SPSS və Tableau proqramları üzrə və ekonometrika üzrə biliklərin olması üstünlükdür
    Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, məlumat əldəetmə, problem həlletmə

    İmtiyazlar:

    Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

    Digər məlumatlar:

    Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
    Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942

    Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Satış və analitika şöbəsinin kiçik mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

    Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

    Job Features

    Job CategoryMenecer

    Apply Online