Əsas səhifə Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə)-AFB Bank

    Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə)-AFB Bank

    98
    Paylaş

    Posted 4 years ago

    AFB Bank Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə) vəzifəsinə vakansiya elan edir.

    Vəzifə: Aparıcı mütəxəssis
    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
    Ünvan: Bakı şəhəri.

    NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

    • Ali iqtisadi və ya maliyyə təhsili.;
    • Qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi;
    • Dil bilikləri (ingilis,rus) arzu olunandır;
    • Ofis proqramları (Microsoft word, Microsoft Excell) və SQL Proqramında işləmək bacarığı;
    • Qanunvericilik, sənədləşmə, Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları üzrə biliklər;
    • Ünsiyyətcil və Komandada işləmək bacarığı;
    • Qərar vermə qabiliyyəti.

    İŞİN TƏSVİRİ:

    1. Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
    2. Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
    3. Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
    4. Bank daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
    5. Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
    6. Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
    7. Əməliyyat risklərinin idarə edilməsi prosesindərisk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
    8. Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
    9. İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
    10. Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
    11. Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
    12. Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi.

    Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

    Job Features

    Job CategoryBank

    Apply Online