Əsas səhifə Rəqamsal Marketinq mütəxəssisi-Bank BTB

    Rəqamsal Marketinq mütəxəssisi-Bank BTB

    78
    Paylaş
    Bank BTB
    Bank BTB

    Posted 4 years ago

    Bank “BTB” ASC Marketinq departamentinin Reklam və İctimaiyyətlə Əlaqələr şöbəsinə Rəqamsal Marketinq mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

    Rəqamsal Marketinq mütəxəssisi

    İş barədə məlumat:

    • Bankın sosial şəbəkədəki səhifələrinin kontent planını hazırlaması və yerləşdirilməsi;
    • Məhsul və xidmətlərin təşviqi üçün maraqlı kontentin hazırlanması və yerləşdirilməsi (brend çərçivəsində);
    • Bankın rəqəmsal platformada fəaliyyətinin effektivliyinin təhlili və hesabatı;
    • Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətinin icrası;
    • Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə dəstək olmaq;
    • Korporativ saytın admin panelinin idarə olunması və ümumi nəzarətin təşkili;
    • Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək;
    • Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq;
    • Səhifələri daima nəzarət altında saxlamaq;
    • Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik, yeni trendlərdən xəbərdar olmaq.

    Namizədə tələblər:

    • Ali təhsil (biznes və marketinq istiqamətli);
    • Rəqəmsal marketinq üzrə 2 il və daha artıq iş təcrübəsi;
    • Sosial media, Google Ads, SEO üzrə biliklər
    • Yaradıcı və analitik düşünmə qabiliyyəti;
    • Yüksək ünsiyyətqurma və yazı bacarığı;
    • Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;
    • Qrafik dizayn proqramlarından (Photoshop və Coreldraw) istifadə etmək bacarığı arzu olunandır (üstünlük veriləcək);
    • MS Office proqramlarında işləmə bacarığı;

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
    Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Rəqamsal Marketinq mütəxəssisi ) göstərməyiniz xahiş olunur.

    Job Features

    Job Categoryİnformasiya Texnalogiyaları

    Apply Online