Əsas səhifə Qrafik dizayner-DA şirkətlər qrupu

    Qrafik dizayner-DA şirkətlər qrupu

    95
    Paylaş

    Posted 4 years ago

    DA şirkətlər qrupuna “Qrafik dizayner” vakansiyasına elan edir:
    Sektorlar: Restoran, Təhsil, Poligrafiya, Oyun zalları.

    Vəzifə öhdəlikləri:

    • Müxtəlif dizayn işlərinin hazirlanmasi (Buklet, flayer, kataloq, logolar, etiket yazıları, korporativ qutular, bağlamalar və s.);
    • SMM üçün kreativ materialların hazırlanması;
    • Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
    • Komandayla çalışmağı bacarmalı, operativ ve praktik olmalı;
    • Materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
    • Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
    • Aparılan işlər üzrə hesabatlar hazırlamaq;

    Tələblər:

    • Ali təhsil (Rəssamlıq, dizayn və s.üstünlük verilir)
    • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, ingilis və rus dilini bilənlərə üstünlük verilir.
    • Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
    • Yaş: 20-35;
    • Kreativlik (yaradıcı potensial);
    • Müasir dizayn tendensiyaları üzrə biliklər;
    • Çapa hazırlıq mərhələsi üzrə biliklər;
    • Dəqiqlik, səbrlilik və punktuallıq;
    • Adobe PhotoShop,Adobе Illustrator sərbəst işləmək bacarığı, CorelDraw bilmək əlavə üstünlükdür.

    İş haqqında məlumat:

    • Qrafik işlərin görülməsi, reklam və bannerlərin hazırlanması, video roliklərin hazırlanması;
    • Əmək haqqı: 500AZN;
    • İş qrafiki: Həftədə 6 iş günü (6ci gün qısa iş günü), 1 gün istirahət;
    • İş yeri: Bakı şəhəri, Z.Xəlilov 25b. (m.Elmlərin yeni çıxışı)

    Göstərilən tələblərə cavab verən namizədlər öz Portfolio və CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “Qrafik dizayner” vakansiyanın adını qeyd edəsiniz.

    Job Features

    Job CategoryDizayner

    Apply Online