Əsas səhifə Planlama Mühəndisi-SMTS MMC

    Planlama Mühəndisi-SMTS MMC

    104
    Paylaş

    Posted 4 years ago

    Planlama Mühəndisi

    Vəzifə öhdəlikləri:

    1. Planlama mühəndisi bir başa Satınalma və planlama menecerinə tabedir.
    2. Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
    3. Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə Rəhbərinə ötürülməsi;
    4. Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
    5. Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
    6. Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
    7. Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq;
    8. Gecikən işlərin yenidən planlanması;
    9. Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
    10. Müqavilə paketlərinə görə aralıq ödəmə sertifikatlarının hazırlanması;
    11. Gördüyümüz işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması.

    Namizədə olan tələblər:

    • İnşaat və ya layihə idarəetmə üzrə ali təhsil
    • Planlama Mühəndisi olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
    • Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli
    • MS Office, Primavera P6, MS Project 2010
    • Problem həll etmə, analitik düşünmə qabiliyyəti
    • İşgüzar ünsiyyət bacarığı

    Digər tələb və şərtlər:

    – Yaş həddi: 25-40
    – Əmək haqqı 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
    – İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək
    – Nahar şirkət tərəfindən verilir

    Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Planlama Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

    Job Features

    Job CategoryBiznes

    Apply Online