Əsas səhifə Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi-Nikoil Bank

    Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi-Nikoil Bank

    47
    Paylaş
    Nikoil bank
    Nikoil bank

    Posted 4 years ago

    Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi

    Öhdəliklər:

    • Pərakəndə bank məhsullarının satışını həyata keçirmək;
    • Potensial dövlət,özəl müəssisələrin əməkdaşları ilə görüş,təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
    • Pərakəndə bazarı araşdırmaq,rəqib banklar,yeni məhsullar haqqında məlumatın toplanması və uyğun yeni təkliflərin verilməsi;
    • Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarının potensial müəssisə və müştərilər arasında təbliğatını təmin etmək;
    • Mövcud məhsul və xidmət şərtlərininin bazara uyğunluğunu ölçmək,müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
    • Cəlb edilmiş müştərilərin filiallarda uyğun bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;

    Tələblər:

    • Yaş həddi: 19 -25
    • Ali təhsil (Marketinq,İqtisadiyyat,Menecment);
    • Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dillərini bilənlərə üstünlük verilir;
    • MS Office məhsulları üzrə bilik;
    • Bank sektorunda kariyera qurmağa həvəsli;
    • Satış taktikalarına bələd olmalı,yaradıcı və operativ olmalı;
    • Yüksək analitik düşünmə qabiliyyəti;
    • Yüksək ünsiyyət qurma qabiliyyəti;
    • Komandada işləmək bacarığı olmalı;
    • Yüksək etibarlı,təmkinli,etik olmalı;

    CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

    Job Features

    Job CategoryBank

    Apply Online