Vəzifə: İT mütəxəssis
Vəzifə öhdəlikləri:
– Şirkətdə əməliyyat sistemlərinin və lazımi proqram təminatlarının quraşdırılması
– İstifadəçilərə texniki və proqram təminatının təqdim edilməsi, şəbəkə və proqramlarla bağlı təlimatların tərtib edilməsi və çatdırılması
– İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli
– Ofisin texniki avadanlığının daimi işlək vəziyyətdə olmasına nəzarət
– Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması
– Kompüter və proqram təminatı ilə bağlı məsələlərdə şirkət işçilərinə dəstək, təlim və məsləhətlərin verilməsi
– Problemlərin aradan qaldırılmasında, səhvlərin aşkarlanması və aradan qaldırılmasında işçilərə operativ yardımın göstərilməsi
– İstifadəçilərin istəklərini qəbul edilməsi və onların aradan qaldırılması prosesinə nəzarət
– Şirkət daxili istifadəyə təsdiqlənmiş proqramların və proqram vasitələrinin quraşdırılması üzrə işlərin yerinə yetirilməsi
– İT sahəsində ümumi məsələlər barədə şirkətin işçilərinə məlumatın verilməsi
– İT şöbəsi rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
– Müvafiq sahədə ən azı 2 il peşəkar təcrübəsi olmalı
– 1C proqram təminatının xidmət səviyyəsində bilməli
– Azərbaycan və rus dillərini sərbəst bilməli; ingilis dili biliyi arzuolunandır
– Təzyiq altında işləmək bacarığı
– Komandada işləmək bacarığı
Müraciətləriniz mövzu sətrində vakansiyanın adını (İT mütəxəssis) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Job Features
Job Category | İnformasiya Texnalogiyaları |