VƏZİFƏLƏR
Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz modellərin hazırlanması, avtomatik mükafat sistemlərinin inkişafı və modelin effektivliyinin monitorinqi
Abunəçilərin davranışının təhlili və proqnoz edilməsi, davranış tendensiyalarının aşkarı və əldə edilən məlumatlara əsaslananaraq müştəri yönümlü məhsul və xidmət portfelinin inkişafı
Abunəçi bazasının seqmentasiyası, mikro-seqmentasiyası və müştərilərin seqmentlər əsasında profillərinin təyin olunması
Seqmentin davranışını proqnoz etmək məqsədilə analitik və statistik modellərinin yaradılması və hər hədəf qrupu üçün xüsusi təkliflərin formalaşdırılması
Hər kampaniya üzrə abunəçilərin qorunması, əldə edilən gəlir, istifadə və İƏG (ROI) nöqteyi nəzərdən monitorinqi və qiymətləndirilməsi
Müştəri axını və qoruma strategiyalarının, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılması, müxtəlif məhsulların satışı təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq departamentlər ilə əməkdaşlıq edilməsi
TƏLƏBLƏR
Təhsil: Ali (bakalavr)
İş təcrübəsi: 1 – 3 il
Yaş həddi göstərilməyib
İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya Kibernetika üzrə Ali təhsil
Telekommunikasiya, FMCG və Maliyyə sahələrində Hesabatların Təhlili və Proqnozlaşdırma üzrə ən azı 1 il iş təcrübəsi
Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlükdür
Sizdən tələb olunan bacarıq və səriştəliklər
Müştəriyönümlü
Komanda işi və əməkdaşlıq
Nəticəyönümlü
Strukturlu və metodoloji düşünmə qabiliyyəti
Güclü riyazi bilik
Analitik qabiliyyət
Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi əlavə üstünlükdür)
MS Office (Ms Excel) proqramlarını mükəmməl bilmək
STATA, R və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı
İŞ ŞƏRAİTİ
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Mövzu hissəsində “Müştəri dəyərinin idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail [email protected]
Job Features
Job Category | İnformasiya Texnalogiyaları |