Mühasib Vəzifələr: – Mal-material və əsas vəsaitlərin uçotunun aparılması: Mal-materiala dair alış sənədlərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifarişlərinə uyğun olub-olmamasının yoxlanılaraq işlənməsi; Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması; – Anbarlarla mütəmadi üzləşmələrin aparılması ; – Aylıq inventarizasiyaların aparılmasının təşkili və onların aparılmasında iştirak edilməsi, nəticələrin təhlil edilməsi və mal-material uçotuna lazımi dəyişikliklərin edilməsi; – Malgöndərənlərlə hesablaşmalın və aylıq üzləşmələrin aparılması; – Kassa və ezamiyyə sənədlərinin hazırlanması; – Təh-təl şəxslərlə hesablaşmalar və onların uçotu; – Tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanıb verilməsi. Tələblər: – Ali iqtisadi təhsil; – Müvafiq sahə üzrə ən azı 2-3 il ciddi iş təcrübəsi; – 1C 8.2,8.3 proqramlarında yaxşı işləmə bacarığı; – Ofis proqramlarında işləmə bacarığı; – Yüksək analitik qabiliyyət, cəld işləmə bacarığı; – İşə məsuliyyətli yanaşmaq, dəqiq və səliqəli işləmək, nizam-intizama riayət etmək; – Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilikləri üstünlükdür) İş şərtləri: İş qrafiki: – Bazar ertəsi – cümə: saat 9:00 – 18:00 – Şənbə: saat 9:00 – 15:00 – Nahar ilə təmin olunma. – Əmək haqqı: 800-1000 AZN – 3 aylıq sınaq müddəti nəzərdə tutulur. Vakansiyaya uyğun olan namizədlər CV-lərinizi [email protected] ünvanına mövzu yerində “ Mühasib ” yazaraq göndərə bilərlərsiniz. |