Əsas səhifə Mühasib-Ayan MMC

    Mühasib-Ayan MMC

    144
    Paylaş

    Posted 4 years ago

    Mal və materialların,xidmətlərin,istehsal əməliyyatlarının uçotu üzrə mühasib

    Ayan MMC şirkəti İstehsalat və xidmət sahələri üzrə mühasib vakansiyası üzrə CV-lərin qəbulunu elan edir.

    Vəzifə öhdəlikləri

    1. İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və  hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək;
    2. Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
    3. Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
    4. Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək;
    5. Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
    6. Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
    7. Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
    8. Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
    9. Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.;
    10. Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

    Namizədə dair tələblər

    – Kişi namizədlərə üstünlük verilir;
    – Tələb olunan yaş həddi: 25-38;
    – Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta, ingilis dili-orta.
    – Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək);
    – Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
    Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
    – MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
    – İFRS,ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
    – ERP Proqramları uzrə təcrübəsi olan əməkdaşlara (Logo Tiger Enterprice) üstünlük verilir;
    – Beynəlxalq sertifikasiya arzuolunandır;
    – Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
    – Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

    Əlavə məlumatlar:

    • Əmək haqqı: Razılaşma əsasında;
    • Şirkət tərəfindən naharla, korporativ nömrə ilə təmin edilmə;
    • İş qrafiki: 6 gün, 08:00 – 17:00

    CV-lərinizi [email protected] ünvanına “Mühasib” başlığı ilə göndərə bilərsiniz.

    Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
    Əlaqə nömrələri: +994552090362

    Job Features

    Job CategoryMühasib

    Apply Online