Əsas səhifə Mobil Proqramçı (Android Mobile Developer)-IDRAK Technology Transfer LLC

    Mobil Proqramçı (Android Mobile Developer)-IDRAK Technology Transfer LLC

    147
    Paylaş

    Posted 3 years ago

    Şirkət: “İDRAK Texnoloji Transfer” MMC

    Departament: ELMI ARAŞDIRMALAR VƏ İNKİŞAF DEPARTAMENTİ (R&D)

    Vəzifənin adı:  Mobil Proqramçı (Android Mobile Developer)

    İŞ TƏCRÜBƏSİ:

    Android mobil əməliyyat sistemində işləyəcək tətbiqin hazırlanması. Verilən tələblər əsasında mobil tətbiqin hazırlanması, veb servislərlə inteqrasiyası.

    BİLİKLƏR VƏ BACARIQLAR:

    • Android mobil tətbiqlərin yazılması
    • Verilən texniki tapşırığa uyğun Android cihazlar üçün mobil proqram təminatlarının işlənib hazırlanması
    • Java biliklərin olması
    • Backend servislerlə işləmə (android app qoşmaq və s.)
    • Səliqəli kod yazmaq, hazırladığı proqram təminatı kodlarının sənədləşdirilməsi və kommentləmək
    • Cihaz və əməliyyat sistemi versiya fərqlərini bilmək və bunlara görə kod yazmaq
    • Proqramlaşdırma zamanı performans və optimizasiyaya üstünlük vermək
    • Tələbləri layihə rəhbəri ilə bir yerdə analiz etmək
    • Tələblərə uyğun icra müddətləri müəyyənləşdirmək
    • Gördüyü işlərə dair rəhbərliyə müntəzəm yazılı hesabat vermək
    • Yeni proqram təminatı hazırlanması
    • Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi
    •  Mövcud proqram təminatlarının inkişaf etdirilməsi
    • Riyazi biliklər (xətti cəbr, kombinatorika, diskret riyaziyyat, alqoritmlər nəzərəiyyəsi və s.) 

    TƏLƏBLƏR:

    • Ali təhsil, İT ixtisaslı olması (Tətbiqi riyaziyyat, Kompüter elmləri, Kompüter mühəndisliyi).
    • 2 ildən az olmayan inkişaf üzrə iş təcrübəsi, və ya uğurla reallaşmış layihənin mövcudluğu 
    • Texniki ingilis dili bilikləri (minimum texniki sənədləşməni oxuma bacarığı) 
    • Analitik təfəkkür, alqoritmik düşüncə tərzi 
    • Özgə kodu anlama bacarığı 
    • Effektiv, yaxşı strukturalaşdırılmış kodun yazılması bacarığı  
    • Öyrənmə qabiliyyəti, icraedicilik, məsuliyyət, çalışqanlıq 

    İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. İstirahet günləri: şənbə, bazar 

    Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

    Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mobil Proqramçı” qeyd edərək CV-ni [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

    Job Features

    Job Categoryİnformasiya Texnalogiyaları

    Apply Online