Holdinq daxilində Bank Marketinq departamentinin Direktoru vəzifəsinə işə qəbul elan edir.
Marketinq departamentinin Direktoru
İş barədə məlumat:
– Bankın marketinq siyasətini və marketinq planını hazırlayır;
– Rəqabət bazarını, bankın mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və yeni məhsulların yaradılması barədə təkliflər hazırlayır;
– Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra yeni məhsullarınn yaradılmasını təşkil edir;
– Bankın məhsullarının təşviqatını təşkil edir;
– Bankın reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;
– Ona birbaşa hesabatlı olan işçilərin hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;
– Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir;
– Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır;
– İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir
Namizədə tələblər:
– İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
– Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsi;
– Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
– Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 May 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq departamentinin Direktoru ) göstərməyiniz xahiş olunur.
Job Features
Job Category | Marketinq |