Vəzifə: Maliyyəçi-Analitik
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.
Vəzifə öhdəlikləri:
– İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
– Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
– Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
– İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
Tələblər:
– Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
– Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
– Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
– Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
– Analitik və strateji baxış bacarıqları;
– Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
– Yüksək səviyyəli analitik bacarıqlar;
– Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
– Rus və ingilis dili biliyi;
– MS Office kompüter proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük, 09:00 – 18:00, şənbə günü növbəli, qısa iş rejimi tətbiq olunur.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Maliyyəçi-Analitik” yazmaqla müraciət edilir.
Job Features
Job Category | Maliyyəçi |