Vəzifə: Logistika üzrə mütəxəssis
Əmək haqqı: 1200-1400 AZN
Öhdəlikləri:
– Daşınma sorğusunun müvafiq şöbələrdən qəbul edilməsi (Satış, Biznesin İnkişafı, Satış sonrası xidmət);
– Daxil olan sorğulara əsasən daşınma şirkətləri ilə əlaqələrin qurulması, alınan təkliflərdən ən uyğun variantın seçilməsi;
– İstehsalçıdan yük sənədlərinin (invoice, ağırlıq listi, sertifikat vs) alınması və sənədlərin düzgünlüyünün yoxlanılması;
– Daşınma şirkətinə istehsalçının koordinatlarının və daşınmanın rəsmləşdirilməsi üçün tələb olunan sənədlərin göndərilməsi;
– Daşınma və idxal müqavilələrinin hazırlanması;
– CMR vəya digər yol sənədlərinin hazırlanması üçün müraciət edilməsi;
– Daşınmanın yol boyu izlənilməsi və rəhbərliyə vaxtaşırı məlumatın verilməsi;
– Çatdırılmış texnikanın akt əsasında təhvil verilməsi ;
– Daşınma şirkətinə ödənişin edilməsi məqsədi ilə müvafiq sənədlərin(invoice, daşınma invoic`u, təhvil-təslim aktı, freight-payment- request) mühasibatlığa təqdim olunması;
– Malın maya dəyərinin müəyyən edilməsi üçün tələb olunan sənədlərinin təsdiqlənməsi;
Tələblər:
– Ali təhsil (Biznes istiqamətli olması arzuolunandır);
– Loqistika sahəsi üzrə ən azı 3-4 il iş təcrübəsi;
– Incoterms-in əsaslarını bilməlidir;
– Xarici dil biliyi: İngilis dili (sərbəst), Rus dili(yüksək səviyyədə olması arzuolunandır);
– Ofis proqramları (Microsoft Word, Excel) yaxşı səviyyədə, 1C proqramında təcrübəsi olan namizədlərə üstünlük verilir;
– Analitik qabiliyyət, coğrafi biliklər, geo-politik vəziyyət barədə məlumatlılıq;
– Koordinasiya etmə bacarığı, analitik düşünmə qabiliyyəti;
İş qrafiki:
– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına mövzu yerində “Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar
Job Features
Job Category | Logistika |