Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.
Şirkət Logistika üzrə mütəxəssis vəzifəsinə təcrübəli işçi dəvət edir.
Logistika üzrə mütəxəssis:
– İdxal olunan məhsulun daşınması üçün nəqliyyat şirkətlərini araşdırır;
– Şirkətə çatdırılmalı olan məhsulların həcmi, daşınma şəraiti, cavabdeh şəxs haqqında qeydiyyat aparır;
– Sifariş edilən məhsul haqqında nəqliyyat şirkətini məlumatlandırır;
– Nəqliyyat şirkətinin məlumatları əsasında vəkalətnamələritərtib edir;
– Məhsul şirkətə daxil olanadək bütün proseduru nəzarətdə saxlayır;
– Nəqliyyat şirkətinə ödənişləri həyata keçirir;
– Logistika üzrə digər əməliyyatları həyata keçirir.
Tələblər:
Ali və ya orta ixtisas;
Müvafiq sahədə iş təcrübəsi;
Ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
Dəqiq və diqqətli olmaq;
İşin keyfiyyətinə zərər vurmadan böyük həcmdə iş görmək bacarığı;
Azərbaycan və rus dillərini bilmək vacibdir.
İngilis dili arzu olunandır.
Maraqlananlar CV-lərini “[email protected]” elektron ünvanına 20.05.2019-cu il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Logistika” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Job Features
Job Category | Logistika |