Əsas səhifə Logistika mütəxəssisi (xarici yükdaşımalar)-Grand Motors

    Logistika mütəxəssisi (xarici yükdaşımalar)-Grand Motors

    108
    Paylaş

    Posted 4 years ago

    Vəzifə: Logistika mütəxəssisi (xarici yükdaşımalar)

    Əmək haqqı: 1000-1200 AZN

    Öhdəlikləri:

    – Daşınma sorğusunun müvafiq şöbələrdən qəbul edilməsi (Satış, Biznesin İnkişafı, Satış sonrası xidmət);
    – Daxil olan sorğulara əsasən daşınma şirkətləri ilə əlaqələrin qurulması, alınan təkliflərdən ən uyğun variantın seçilməsi;
    – İstehsalçıdan yük sənədlərinin (invoice, ağırlıq listi, sertifikat vs) alınması və sənədlərin düzgünlüyünün yoxlanılması;
    – Daşınma şirkətinə istehsalçının koordinatlarının və daşınmanın rəsmləşdirilməsi üçün tələb olunan sənədlərin göndərilməsi;
    – Daşınma və idxal müqavilələrinin hazırlanması;
    – CMR vəya digər yol sənədlərinin hazırlanması üçün müraciət edilməsi;
    – Daşınmanın yol boyu izlənilməsi və rəhbərliyə vaxtaşırı məlumatın verilməsi;
    – Çatdırılmış texnikanın akt əsasında təhvil verilməsi ;
    – Daşınma şirkətinə ödənişin edilməsi məqsədi ilə müvafiq sənədlərin(invoice, daşınma invoic`u, təhvil-təslim aktı, freight-payment- request) mühasibatlığa təqdim olunması;
    – Malın maya dəyərinin müəyyən edilməsi üçün tələb olunan sənədlərinin təsdiqlənməsi;

    Tələblər:

    – Ali təhsil (Biznes istiqamətli olması arzuolunandır);
    – Loqistika sahəsi üzrə ən azı 3-4 il iş təcrübəsi;
    – Incoterms-in əsaslarını bilməlidir;
    – Xarici dil biliyi: İngilis dili (sərbəst), Rus dili(yüksək səviyyədə olması arzuolunandır);
    – Ofis proqramları (Microsoft Word, Excel) yaxşı səviyyədə, 1C proqramında təcrübəsi olan namizədlərə üstünlük verilir;
    – Analitik qabiliyyət, coğrafi biliklər, geo-politik vəziyyət barədə məlumatlılıq;
    – Koordinasiya etmə bacarığı, analitik düşünmə qabiliyyəti;

    İş qrafiki:

    – Bazar ertəsi – Cümə:  8:30  – 17:30
    – Şənbə : 10.00  – 16.00

    Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected]  ünvanına  mövzu yerində “Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar

    Job Features

    Job CategoryLogistika

    Apply Online