“Avtolüks Azərbaycan” MMC üçün Logistika mütəxəssisi tələb olunur.
İş qrafiki : 09:00-18:00/bazar ertəsi-cümə
Namizədə olan tələblər:
1. 3 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil; (İqtisadi təhsil)
3. İNCOTERMS və digər beynəlxalq daşınma qaydaları haqqında məlumatlı olmaq
4. Rus-dili biliyi ;
5. İngilis-dili biliyi;
6. Yaş həddi 22-30 ;
7. MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı
Vəzifə öhdəlikləri:
1. Logistika mütəxəssisinin vəzifə və öhdəlikləri qısa olaraq aşağıdakı kimidir;
2. Şirkətin satınalma, logistika əməliyyatlarının yerinə yetirilməsi;
3. Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili və bazar araşdırması;
4. Sifarişlərin yüklənməsi üçün lazım olan sənədləri hazırlamaq;
5. Gömrük bəyənnanmələrini tərtib etmək;(Bütün gömrük orqanlarına gələn yüklərin bəyan edilməsi)
6. Gömrük paket sənədlərinin hazırlanması prosesini idarə etmək;
7. İxrac üçün müşayətedici sənədlərin hazırlanması və prosesin idarə olunması;
8.Rəhbərlikdən görəcəyi işlər barədə tapşırıqlar alaraq zamanında yerinə yetirmək
Email : [email protected]
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Job Features
Job Category | Logistika |