Əsas səhifə Lizinq Mütəxəssisi-NBCO KredAqro

    Lizinq Mütəxəssisi-NBCO KredAqro

    105
    Paylaş
    KredAqro
    KredAqro

    Posted 4 years ago

    Lizinq Mütəxəssisi (Bakı)

    KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Lizinq Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.

    Tələb olunan keyfiyyətlər:

    • Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzuolunandır);
    • Lizinq sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
    • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
    • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
    • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
    • Müştərilərlə davranış etikası.

    İş şəraiti:

    • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
    • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
    • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
    • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

    Tələblərə cavab verən şəxslərdən CV – lərini [email protected] elektron ünvanına
    Subject/Mövzu hissəsində “Lizinq Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.

    “KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

    Job Features

    Job CategoryBiznes

    Apply Online