İş yeri: Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi
IT layihə mütəxəssisi
Vəzifə öhdəlikləri:
– IT layihələrin detallı planlarının və hesabatlarının hazırlanması;
– Maraqlı tərəflərlə IT komandasının əlaqələndirilməsi;
– İnformasiya sistemlərinin layihələndirilməsi standartlarının, təlimatların, formaların hazırlanması;
– Yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsi;
– İnformasiya sistemlərinin elektron hökumət prinsipləri əsasında təkmilləşdirilməsi;
– İnformasiya sistemlərinin və proqram təminatlarının işlənməsi üçün texniki tapşırıqların hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
– Biznes proseslərin modelləşdirilməsi (dioqram, usecase və s.) üzrə təcrübə;
– Layihə səndələrini və texniki sənədləri tərtib etmək bacarığı;
– UI/UX dizayn, SQL, obyekt yönümlü proqramlaşdırma üzrə biliklər;
– Agile layihə idarəetmə metodları ilə iş təcrübəsi;
– Elektron hökumət ilə bağlı dövlət normativ hüquqi aktlarını bilmək;
– Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
– Azərbaycan dili üzrə əla danışıq və yazı bacarığı, ingilis dili yaxşı səviyyədə.
İş qrafiki: Həftə içi 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 1000 AZN
Maraqlanan namizədlər mövzu (subject) yerində “it manager” yazmaqla CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Job Features
Job Category | İnformasiya Texnalogiyaları |