Vəzifənin adı: Korporativ kommunikasiyalar üzrə Mütəxəssis
Şöbə: Kommersiya Departamenti/ Korporativ kommunikasiyalar şöbəsi/ Marketinq kommunikasiyaları sektoru
Tələb olunan bilik və bacarıqlar:
– Mükəmməl yazı və redaktə etmə bacarıqları
– Məlumatı toplama və təhlil etmə bacarığı
– Güclü araşdırma və təqdimat bacarıqları
– Müsahibə və əlaqə yaratma bacarıqları
– Mükəmməl şəxsi keyfiyyətlər və rəhbərliyin bütün səviyyələri ilə işləmək bacarığı
– Microsoft Office (Excel, PowerPoint, Word) proqramlarında sərbəst işləmə bacarığı
– Ünsiyyətcil, kreativ və innovativ olmaq
– Tək və komandada işləmə bacarığı
Vəzifə öhdəlikləri:
– Xarici kommunikasiyalar üzrə kontentin hazırlanması (məqalələr, veb sayt kontenti, sosial şəbəkələr üçün mətnlər, korporativ yazılar, məktublar, çıxışlar, mətnlər, müzakirə mövzuları, nəşrlər/jurnal), redaktə edilməsi və müntəzəm olaraq yenilənməsi
– KİV-lə əməkdaşlıq yaratmaq, müsbət ünsiyyətin saxlanmasını təmin etmək
– Şirkətin adının çəkildiyi bütün mümkün kommunikasiya kanallarının gündəlik monitorinqi
– Bütün məlumat daşıyıcılarında şirkətlə bağlı məlumatların düzgünlüyünün yoxlanılması
Təhsili: Filologiya / Psixologiya / İctimaiyyətlə əlaqələr / kommunikasiyalar sahəsi üzrə ali təhsil (bakalavr dərəcəsi)
Dil bilikləri: Azərbaycan və ingilis (sərbəst), rus dilini bilənlərə üstünlük verilir
İş təcrübəsi: İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar sahəsi üzrə ən azı 3 il
Interested Candidates please send your CV with photo noting your minimum salary expectation to [email protected] indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.
Job Features
Job Category | İnformasiya Texnalogiyaları |