Əsas səhifə Kiçik biznes analitik-Ultra Technologies Company

    Kiçik biznes analitik-Ultra Technologies Company

    55
    Paylaş
    Ultra Technologies Company
    Ultra Technologies Company

    Posted 3 years ago

    Kiçik biznes analitik

    İş barədə məlumat:

    – Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
    – İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
    – Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
    – Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
    – Proqram təminatı layihələrində biznes analiz işlərinin aparılması, texniki tapşırıqların hazırlanması, layihə planı hazırlanması, proqram təminatını yüksək səviyyədə test edilməsi, proqram təminatının təlimlərini keçirilməsi, proqram təminatının texniki sənədlərinin hazırlanması
    – İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
    – Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
    – Əmək haqqı 700-800 azn
    – Respublika daxili rayon və şəhərlərə ezamiyyətlərə hazırlıqlı olmalıdır

    Namizədə tələblər

    – Yaş həddi: 25-35 yaş

    – Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
    – İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1-3 il iş təcrübəsi
    – Adobe Photoshop, MS Visio, MS Project, MS Office proqram təminatlarını yaxşı bilmək
    – Dil bilikləri: Azərbaycan dilini səlis bilmək; Rus və ingilis dilini bilmək üstünlükdür.
    – Analitik düşünmək və problem həll etmək bacarığı

    Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində “Biznes analitik” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryBiznes

    Apply Online