Əsas səhifə Keyfiyyətə zəmanət üzrə müfəttiş-Sumgait Technologies Park LLC

    Keyfiyyətə zəmanət üzrə müfəttiş-Sumgait Technologies Park LLC

    42
    Paylaş

    Posted 4 years ago

    Vəzifənin adı: Keyfiyyətə zəmanət üzrə müfəttiş

    Vəzifə öhdəlikləri:

    • Keyfiyyətə nəzarət/zəmanət prosedurlarının yazılması, yenilənməsi və tətbiq edilməsi;
    • Görülən işlərin keyfiyyətinə nəzarət edilməsi və müvafiq standartlara uyğun sənədləşdirilməsi;
    • Keyfiyyət göstəriciləri ilə bağlı birbaşa rəhbər ilə məsləhətləşmələrin aparılması;
    • Keyfiyyət auditlərinin həyata keçirilməsi və nəticələr barədə dərhal rəhbərliyə məlumatların verilməsi;
    • Beynəlxalq keyfiyyət standartları üzrə işçilərin təlimləndirilməsini və istiqamətləndirilməsinin təmin edilməsi;
    • Müvafiq fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət edilməsi;
    • İş fəaliyyəti ilə bağlı müxtəlif statistik məlumatların toplanılması, təhlil edilməsi və hesabatların hazırlanılması;
    • Qeyri-dağıdıcı (qeyri-destruktiv) təftişlər üçün nümunələrin götürülməsi, yoxlamaların həyata keçirilməsi və nəticələr barədə hesabatların verilməsi.

    Təhsil/Təcrübə: 

    • Ali texniki təhsil;
    • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
    • Müvafiq sertifikasiyaya malik olmalı;
    • Müvafiq ISO standartları barədə dərin biliklərə malik olmalı;
    • Azərbaycan dili sərbəst istifadəçi, İngilis dilini sənədləşdirmə vəviyyəsində bilməsi;
    • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

    Əlavə məlumatlar: 

    • Əmək haqqı razılaşma əsasında;
    • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
    • İş qrafiki: 5 gün
    • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
    • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə zəmanət üzrə müfəttiş” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
    • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

    Job Features

    Job CategoryBiznes

    Apply Online