Vəzifə: İstehsal müdiri
Vəzifə öhdəlikləri:
– İstehsal prosesini son məhsulun keyfiyyətli olması hədəfi ilə düzgün planlanlamaq və nəzarət etmək
– Periodik istehsal planlarının hazırlanmasına nəzarət etmək
– Xammal və məhsul itkilərini minimuma endirmək üçün təklif və tədbirlər planı hazırlamaq
– Aylıq hesabatların-süd itkisi, istehsal maşınlarının səmərəliliyi, işçi səmərəliliyi, enerji istifadəsi, istehsal üzrə hazırlayaraq üst rəhbərə təqdim etmək
– İstehsal maşınlarının texniki qulluğunu planlamaq və icrasına nəzarət etmək
– Şirkət məhsullarının keyfiyyət və qida təhlükəsizliyinin tələblərinə uyğun istehsal edilməsini təmin etmək
– Proseslərin yaxşılaşdırılması məqsədilə Satınalma, Keyfiyyət, Texniki qulluq bölmələri ilə koordinasiyalı işləmək
– Məhsul geriqaytarmalarını təhlil etmək, səbəblərini araşdırmaq və minimuma endirmək üçün tədbirlər görmək
– Tabeçiliyindəki işçi heyətini inkişaf etdirmək, fəaliyyət səmərəliliyini artırmaq
– Üst rəhbəri göstəriş və tapşırıqlarını icra etmək
Namizədə tələblər:
Təcrübə: müvafiq sahə və idarəçilik üzrə minimum 3 illik təcrübə
Təhsil: Ali (Qida mühəndisliyi)
Məsuliyyətli, komandada və stressli vəziyyətində işləməyi bacaran
Yüksək analitik düşüncə, ünsiyyət bacarığı və liderlik bacarığı, cəld, qətiyyətli, strateji təfəkkürə sahib olmalı
İş yeri: Atena Süd zavodu, Ağcabadi rayonu, Ağabəyli kəndi
İş şəraiti: 6 günlük iş qrafiki
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı: müsahibə əsasında
Maraqlanan namizədlərdən mövzu başlığına vakansiya adını qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Yanlız CV təhlil mərhələsindən keçən namizədlər müsahibəyə dəvət ediləcək.
Job Features
Job Category | Marketinq |