Əsas səhifə İnsan resursları üzrə mütəxəssis-My Broker Customs Representation

    İnsan resursları üzrə mütəxəssis-My Broker Customs Representation

    122
    Paylaş

    Posted 4 years ago

    My Broker” gömrük təmsilçiliyi  “İnsan resursları üzrə mütəxəssis” vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:

    İş haqqında məlumat:

    • Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması;
    • İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
    • İşə qəbul hesabatlarının hazırlanması;
    • Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanılması və yerləşdirilməsi;
    • İşə qəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;
    • Namizədlər bazasının daim yenilənməsi;
    • Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
    • CV incələmə, İşə qəbul testlərinin həyata keçirilməsi;
    • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
    • Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi;

    Əsas tələblər:

    • Ali təhsil;
    • Müvafiq sahədə minimum 1 il təcrübə;
    • Azərbaycan dili səlis, əlavə dil biliklərinin olması üstünlükdür; 
    • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
    • İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
    • MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

    Şəxsi keyfiyyətlər:

    • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
    • Stres altında işləmək bacarığı;
    • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

    İş şəraiti:

    – AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
    – İş qrafiki: I-V günlər, 09:00-18:00, şənbə yarım iş günü
    – Nahar şirkət tərəfindən təmin olunur
    – Əmək haqqı: razılaşma yolu ilə

    Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

    Job Features

    Job CategoryDigər

    Apply Online