“Collezione İtaliya” “İnsan resursları üzrə direktor” vakansiyası elan edir: İş barədə məlumat: 1. İnzibati və qanunvericiliklə bağlı işlər üzrə (Legal responsibilities): a. Ofisdaxili və satış salonunda idarəetmə işlərinin həyata keçirilməsi; b. İnsan resurslarının kadr inzibatçılığı və ya kadr işinin təşkil olunması; c. Gündəlik uçot-qeydiyyat işlərinin və kadr işi ilə bağlı rəsmiləşdirmə işlərinin təşkili; d. İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin yazılması, Elektron Hökumət Portalına daxil edilməsi, vəzifə təlimatlarının hazırlanması, sosial sığorta şəhadətnamələrinin sifariş olunması işinin təşkili; e. Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması işinə nəzarət olunması; f. Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması; g. Sosial müavinətlərin hesablanması; h. İşçilərin icbari sığortasının və tibbi sığortanın həyata keçirilməsinə nəzarət olunması; i. İnsan resursları şöbəsinə aid hesabatların tərtib edilməsi, rəhbərliyə və ya şöbələrə təqdim edilməsi; 2. İşəqəbul prosesinin təşkili ilə bağlı işlər (Recruiting, hiring and employee orientation) : a. Şirkətin strateji hədəflərinə xidmət göstərən taktiki və əməliyyat planlarının icrasının təşkil olunması; b. Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi; c. İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsinin təşkil olunması; d. İşə qəbul prosesində müsahibələrin keçirilməsi, testləşdirmənin aparılması, təlimlərin təşkili, təlimlərin keçirilməsi, iş analizi müsahibələrinin keçirilməsi və s.; e. Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi. 3. İR strategiyası üzrə iş öhdəlikləri (employee retention, pay and benefits, motivaton ): a. Şirkətdə yüksək nəticə və ya xidməti fəaliyyət nümayiş edirən işçilərin şirkətə bağlılığının təmin olunması; b. Rəhbər vəzifələrə aid olan kritik vəzifələr üçün davamçıların planlaşdırılması; c. Mükafatlandırma və motivasiya sisteminin işləyib hazırlanması; d. İR strategiyasının və siyasətinin hazırlanması; e. İR audit işlərinin həyata keçirilməsi; f. Performans indikatorlarının və digər strateji əhəmiyyətə malik işlərin planlaşdırılması və həyata keçirilməsi; g. Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi; h. Kadr axınının səbəblərinin araşdırılması, kadr axınının qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi; i. İstedadların və insan resurslarının idarə edilməsi prosedurunun işlənməsi və hayata keçirilməsinin təşkil olunması; 4. Təlimlər üzrə (Training and development): a. Təlim və inkişaf prosedurunun işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət olunması; b. Təlimlərə ehtiyacın müəyyən olunması; c. Daxili və xarici təlimlərin təşkil olunması; d. Təlimin və təlimçinin dəyərləndirilməsi prosesinin işlənib hazırlanması və həyata keçirilməsi; Tələblər: – AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli; – İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı; – Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı; – Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil; – Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli; – MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli; – İnsan resursları sahəsində 7 ildən az olmayan iş təcrübəsi; Qeyd: İş vaxtı – saat 10:00-19:00 Əməkhaqqı – 2000-2500 manat (NET) Qeyd olunan tələblərə uyğun olan namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Head of HR” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. |