Ulduz Şokolad Fabriki
Vəzifə: İnsan Resursları Biznes Tərəfdaşı
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil (MBA təhsili üstünlükdür)
Yaş həddi: 23-35 yaş
Vəzifə öhdəlikləri:
– İşə qəbul prosesinin həyata keçirilməsi;
– Şirkət üzrə Perfomans Dəyərləndirmə prosesinin həyata keçirilməsi;
– Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət edilməsi;
– İR üzrə siyasət və prosedurlarının tətbiqi və riayət olunmasına nəzarətin təmini;
– Xidmət etdiyi biznes vahidi üçün lazımi təlimlərin müəyyən olunması və təşkilində iştirak edilməsi;
– İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak edilməsi;
– İşə qəbul hesabatlarının hazırlanması;
– Aylıq, 6 aylıq və illik İnsan Resursları hesabatlarının hazırlanması;
– İşə qəbul olunan işçilərə orientasiya və adaptasiya təlimlərinin verilməsi;
– Sınaq dövrü sonunda dəyərləndirmənin aparılması;
– İşdən ayrılan əməkdaşla çıxış müsahibəsinin (exit-interview) aparılması, aylıq çıxış səbəbləri və şirkət dəyərləndirmə hesabatlarının hazırlanması;
– Şirkətdaxili strukturların qurulması və yenidən qurulması prosesində iştirak edilməsi;
– Kadr ehtiyaclarının analizi, müəyyən olunması və planlanması;
– İşçilik büdcələrinin hazırlanması;
– Hesabatların rəhbərliyə təqdimat (presentation) şəklində təqdim edilməsi.
Tələblər:
– İşə qəbul müsahibələrinin aparılması bacarığı;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– Performansın idarəedilməsi sahəsində biliklər;
– İş və iş yükü analizlərinin aparılması barədə məlumatlılıq;
– MS Office kompüter proqramlarından istifadə etmək bacarığı (Excel bilikləri yaxşı səviyyədə olmalıdır);
– Analitik düşünmə qabiliyyəti;
– Rus və İngilis dillərini bilmək üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İnsan Resursları Biznes Tərəfdaş” yazıb göndərməklə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilərsiniz.
Job Features
Job Category | Biznes |