Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. Vəzifə: İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis İş yeri: Bakı şəhəri İş təcrübəsi: Sahə üzrə min. 3 il Təhsil: Ali Yaş həddi: 23-36 İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir. Vəzifə öhdəlikləri: – E-gov portalında əməliyyatları icra etmək; – Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək; – Statistika hesabatlarını hazırlamaq; – Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək; – İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq; – Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək; – Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq; – İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması; – Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək. Tələblər: – Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri; – Sənədləşdirmə və yazımşa işlərini aparmaq qabiliyyəti ; – MS Office kompüter proqramlarından istifadə etmək bacarığı; – Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti; – E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: – İş yerinə nəqliyyat ilə çatdırılır; – Nahar ilə təmin edilir. Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. |