Əsas səhifə İctimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis-AzerGold CJSC

    İctimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis-AzerGold CJSC

    81
    Paylaş

    Posted 4 years ago

    Şirkət haqqında:

    “AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

    Vakansiyanın adı:

    İctimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis

    Əsas vəzifə və öhdəliklər:

    • Layihələrinin icrası və idarəedilməsi;
    • Rəqəmsal marketinq fəaliyyətinin təşkili;
    • Marketinq planlarının tərtib edilməsində iştirak;
    • Müxtəlif tədbirlərin təşkili;
    • PR məqsədli effektiv reklam materiallarının hazırlanması və tətbiq olunması;
    • Sosial media platformalarına nəzarət;
    • PR planların tərtib edilməsi və icrası;
    • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

    Tələb olunan bilik, bacarıq və səriştələr:

    • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, yaradıcılıq qabiliyyəti, şəxsi və peşəkar inkişaf, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
    • Marketinq sahəsində baza bilikləri olmalı;
    • Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı, İngilis dili arzuolunandır.
    • Kompüter bilikləri: Microsoft Office proqramlarında işləmək bacarığı.

    Tələb olunan təhsil və iş təcrübəsi:

    • Ali təhsil.
    • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

    Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq ” İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]elektron ünvanına göndərə bilərlər.
    Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

    Job Features

    Job Categoryİnzibati

    Apply Online