Əsas səhifə Hüquqşünas/kiçik hüquqşünas-PAŞA Sığorta

    Hüquqşünas/kiçik hüquqşünas-PAŞA Sığorta

    69
    Paylaş

    Posted 3 years ago

    “PAŞA Sığorta” ASC namizədləri Hüquqşünas/kiçik hüquqşünas vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Vəzifə və Öhdəliklər:

    • Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi;
    • Şirkətdaxili normativ və kadr sənədlərinin (əmr, təlimat, protokol və s.) hazırlanması və/və ya hazırlanmasında iştirak;
    • Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;
    • Müqavilə layihələrinin hazırlanması, daxil olan sənədlərin və rəsmi sorğuların hüquqi ekspertizasının aparılması;
    • Daxil olan sorğulara əsasən qanunvericilik aktları və onlara əlavə və dəyişikliklərin şirkət əməkdaşlarına göndərilməsinin təmin edilməsi;
    • Məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə sığorta hadisələri üzrə işlər istisna olmaqla hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi;
    • Maliyyə Monitorinqi üzrə müvafiq sənədlərin toplanması və reyesterin aparılmasının təmin edilməsi;
    • Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;
    • Daxil olan sorğulara əsasən tender üzrə hüquqi sənədlər toplusunun hazırlanmasında iştirak;
    • Birbaşa rəhbərin tapşırığına əsasən müvafiq işlərin icra edilməsi.

    Bilik və bacarıqlar:

    • Ali hüquq təhsili;
    • sığorta sahəsində azı 1 il təcrübə;
    • Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
    • Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus və ingilis dili biliyinin olması arzu olunandır;
    • MS Office proqramları üzrə istifadə bacarıqları;
    • Ünsiyyət qurmaq bacarığı;
    • Komanda ilə işləmək bacarığı;
    • Stressə davamlı;

    Son müraciət tarixi: 15 sentyabr, 2019-cu il

    Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

    Job Features

    Job CategoryHüquqşünas

    Apply Online