Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Hüquqşünas” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəliklər:
• Hüquqi xarakterli sənədlərin hazırlanması;
• Şirkəti Məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
• Müqavilə, maliyyə və əmək iltizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
• Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək;
• İdarə Heyətinin qərarlarının, İdarə Heyəti üzrə əmr və sərəncamların ekspertizasını həyata keçirmək;
• Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak etmək
• Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
• Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Şirkəti təmsil etmək;
• Hüquq departamentinə aid olan məhkəmə mübahisələrində məhkəmə proseslərində Şirkəti təmsil etmək;
• Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
• Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.
Namizədlərə tələblər:
• Yaş: 25-45;
• Ali hüquq təhsili (LLM magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir);
• Mülki, iqtisadi və inzibati işlər üzrə məhkəmələrdə minimum 5 il iş təcrübəsi;
• Təzyiq altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır;
• Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
• Məxfilik, təhlik etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.
Job Features
Job Category | Hüquqşünas |