Vəzifə: Hüquqşünas
Vəzifə öhdəlikləri:
– Məktub və sorğuların tərtib edilməsi,
– Müqavilələrin tərtib edilməsi,
– Şirkətin hüquqi sənədlərinin, o cümlədən nizamnamə və idarəetmə orqanlarının, əsasnamələrinin hazırlanması,
– Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilmək,
– Şirkətin aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq,
– Şirkətdə daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək,
– Şirkət daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək.
Tələblər:
– Ali hüquqi təhsil.
– Azərbaycan dili, Rus və/ və ya İngilis dillərini səlis bilməli,
– Maddi və prosessual qanunvericiliyi bilməli,
– Hüquqşünas kimi ən az 1 il iş təcrübəsi,
– Korporativ müştərilərlə işləmək bacarığı,
– Ünsiyyət qurmaq və komandada işləmək bacarığı,
– Standart MC Office proqramlarında işləmə bacarıqları (Word, Excel, və s.).
Namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
“Mövzü” bölümündə müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.
Job Features
Job Category | Hüquqşünas |