Əsas səhifə Hüquq Məsləhətçisi-VMF MMC

    Hüquq Məsləhətçisi-VMF MMC

    95
    Paylaş
    VMF
    VMF

    Posted 4 years ago

    VMF Şirkəti 20-dən çox dünyaca məhşur saat və aksesuar brendlərini Azərbaycan bazarında təmsil edir. Şirkətimiz Bakıda və regionlarda 16 pərakəndə satış mağazaları  və 50-dən çox topdan şəbəkələri ilə ticarət sahəsində fəaliyyət göstərir.

    Hazırda şirkətimizə Hüquq Məsləhətçisi tələb olunur.

    Əsas vəzifə və öhdəliklər:

    • Sazişlər, müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
    • Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
    • Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq;
    • Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət;
    • Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin işçilərinə məsləhət və tövsiyələrin verilməsi
    • Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi
    • Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət
    • Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi
    • Şirkətin Baş Hüquq Məsləhətçisi tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi
    • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
    • Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrinin hazırlanması;
    • Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
    • Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
    • Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanması;
    • Şirkətin daxil olduğu qrupun bütün Şirkətlərinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemləri yerində araşdırmaq və işçiləri təlimatlandırmaq;
    • Şirkətin qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
    • Şirkətin ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;

    Tələblər:

    • Hüquq sahəsində ali təhsil
    • Səlis Azərbaycan, ingilis və rus dili bilikləri
    • MS office proqramları
    • Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi

    İş vaxtı 1-5 günlər, 09:30-18:30 6- cı gün, 09:30-17:30 dək

    Əmək haqqı 600 AZN

    • Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
    • Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 08/06/2019
    • Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
    • Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

    Job Features

    Job CategoryHüquqşünas

    Apply Online