“Avtolüks Azərbaycan” MMC üçün E- Marketing mütəxəssisi tələb olunur.
İş qrafiki : 09:00-18:00/bazar ertəsi-cümə
Namizədə olan tələblər:
– Ali təhsil
– Yaradıcı olması
– Sosial Media və Rəqəmsal Marketinq üzrə bilik və ən az 3 il iş təcrübəsi
– Fəaliyyəti üzrə tələb olunan dizayn proqramlarında işləmək bacarığı
– Səlis Azərbaycan və Rus dili (şifahi və yazılı)
– Copywriting bacarığının olması üstünlükdür
– Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti
– Dürüst, enerjili, məsuliyyətli, kreativ və işinə qarşı həvəsli
– Komandada işləmək qabiliyyəti
Vəzifə öhdəlikləri:
– Şirkətə aid sosial səhifələrin idarəolunması
– Sosial şəbəkələr üçün aylıq post planın hazırlanması
– Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması
– Hazırlanmış kontentin plana uyğun sosial mediada yerləşdirilməsi
– Hazırlanmış kontentin sosial mediyada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq
– Kontentin yerləşdirildiyi yerlərdə istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi
– Sosial mediada reklamlarının yerləşdirilməsi və idarəolunması
– Sosial şəbəkələrdəki fəaliyyət barəsində aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
– Şirkətin saytlarının idarəolunası – kontentin yenilənməsi, saytların hədəf auditoriyaya təşviq olunması, trafikin təhlil olunması və artırılması üçün təkliflərin verilməsi
– Google / Youtube platformalarında şirkətin reklamlarının yerləşdirilməsi və idarəolunması
– Google Ads, Google Analytics, Facebook Business Manager, SEO bilikləri
Email : [email protected]
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Job Features
Job Category | Marketinq |