Vəzifə: Daxili Auditor
Vəzifə öhdəlikləri:
– Audit şöbəsinin fəaliyyət planı əsasında daxili audit yoxlamalarının aparılması və nəticələr haqqında hesabatların hazırlanması;
– Anbar qalıqlarının yoxlanılması;
– İnventarizasiyaların aparılması;
– Şirkətin struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunun yoxlanılması;
– Şirkətin xərclərinin səmərəliliyinin qiymətləndirilməsi.
Tələblər:
– Ali təhsil (audit, mühasibat uçotu, maliyyə-kredit);
– Audit sahəsində ən azı 2 il peşəkar təcrübəsi olmalı;
– Azərbaycan və rus dillərini sərbəst bilməli; ingilis dili biliyi arzuolunandır;
– Təzyiq altında işləmək bacarığı;
– Dürüst, operativ, analitik düşünmə qabiliyyətinə malik;
– Komandada işləmək bacarığı;
– Ezamiyyətlərə açıq olmalı;
– Kompüter bilikləri: 1C və Excel proqramını mükəmməl səviyyədə bilməli.
Müraciətləriniz mövzu sətrində vakansiyanın adını (Daxili auditor) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Job Features
Job Category | Audit |