Əsas səhifə Daxili Audit departamentinin Baş auditor/Qrup rəhbəri-Kapital Bank

    Daxili Audit departamentinin Baş auditor/Qrup rəhbəri-Kapital Bank

    89
    Paylaş
    Kapital Bank
    Kapital Bank

    Posted 4 years ago

    Kapital Bank namizədləri Daxili Audit departamentinin Baş auditor/Qrup rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Əsas vəzifə və öhdəliklər:

    • Təsdiq olunmuş İllik Audit Planına əsasən həyata keçirilən audit layihələrinə rəhbərlik etmək;
    • Sahəvi, kompleks və tematik audit yoxlamalarının həyata keçirilməsi üzrə planı hazırlanmaq və həyata keçirmək;
    • Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırma ilə bağlı təkliflər vermək;
    • Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, analiz və şərh etmək, sənədləşdirmək;
    • Audit yoxlamasının bütün mərhələlərində Bankın idarəedici əməkdaşları ilə müsahibələr aparmaq;
    • Audit layihəsi zamanı təqdim olunan məlumatları icmallaşdırmaq və təhlil etmək, audit olunan sahənin daxili nəzarət sisteminin tamlığı və adekvatlığı barədə rəy formalaşdırmaq;
    • Audit layihələrinin həyata keçirilməsi zamanı daxili nəzarət sisteminin mühüm məqamlarını müəyyən etmək, çatışmazlıqların aşkar edilməsi üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək;
    • Audit yoxlamasında iştirak edən qrup üzvlərinin işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək;
    • Audit hesabatlarının hazırlanması və təqdimatını həyata keçirmək.

    Əsas tələblər:

    • İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil və bank sahəsində 4 illik iş təcrübəsi; və ya
    • Digər ixtisas üzrə ali təhsil və bank sahəsində 6 illik iş təcrübəsi;
    • Müxtəlif peşə (ACCA, CİA, FRM, CFA, və s.) sertifikatlarına malik olmaq və ya mərhələ keçmək arzu olunandır.

    Texniki bacarıqlar:

    • Bank qanunvericiliyi və fəaliyyəti barədə nəzəri və praktiki biliklər;
    • Korporativ idarəetmə, risklərin idarəedilməsi və daxili nəzarət üzrə biliklər;
    • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
    • Analitik düşünmə qabiliyyəti, informasiyanın tənqidi təhlil etmə özəlliyi;
    • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik;
    • Məlumatların toplanması, təhlili və nəticələrin icmallaşdırılması;
    • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (peşəkar səviyyədə) Microsoft Office və digər proqramlar;
    • Fikirlərin Azərbaycan dilində yazılı şəkildə aydın ifadə etmək və hesabat yazmaq qabiliyyəti

    Şəxsi keyfiyyətlər:

    • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması bacarıqları;
    • Şəxsi və peşəkar inkişaf yönümlülük;
    • Qərarvermə və problem həlletmə qabiliyyəti.

    Üstünlüklər:

    • Təcrübəli və peşəkar komandada işləmək imkanı;
    • Rəqabətli əmək haqqı;
    • Sahə üzrə daxili və xarici təlimlərdə iştirak;

    CV-lərinizi, mövzu hissəsində “Daxili Audit departamentinin Baş auditor/Qrup rəhbəri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

    Job Features

    Job CategoryBank

    Apply Online