Əsas səhifə Core Application Support Specialist-PASHA Bank

    Core Application Support Specialist-PASHA Bank

    109
    Paylaş
    Paşa Bank
    Paşa Bank

    Posted 4 years ago

    Core Application Support Specialist

    Vəzifənin məqsədi

    Texniki çətinlikləri aradan qaldırmaq və komandanın tapşırığı yerinə yetirməsi üçün doğru məlumatlandırılmasını və təchiz olunmasını təmin etmək.

    Vəzifə Öhdəliyi

    • Əsas sistemlər və kənar proqram təminatı ilə bağlı texniki dəstək göstərmək
    • Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək
    • Vendorlarla birgə işin aparılmaq (Oracle Support)
    • Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və analitiklərə köməklik göstərmək. 
    • OS ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək. (Linux/Windows idarəsi).
    • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
    • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
    • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
    • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar. • –

    Tələb edilən bilik, bacarıq və təcrübə

    • Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili;
    • İş təcrübəsi: Bank sahəsində minimum 2 il iş təcrübəsi;
    • Bank əməliyyatlarını bilmək, o cümlədən, depozit, kredit, kassa və s. 
    • Xarici dil: İngilis dili (yaxşı), Rus dili (yaxşı);
    • Kompüter bilikləri: Oracle DB and PL/SQL, Linux, Flexcube Banking System, MS Office proqramları;
    • Komandada daxilində çoxlu tapşırıqlarla işləyə bilmək. 
    • Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
    • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
    • Məsuliyyətlilik;
    • Operativlik;
    • Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

    Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Core Application Support Specialist” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

    Job Features

    Job CategoryBank, İnformasiya Texnalogiyaları

    Apply Online