Əsas səhifə Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi-Bank BTB

    Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi-Bank BTB

    72
    Paylaş
    Bank BTB
    Bank BTB

    Posted 4 years ago

    Bank “BTB” ASC Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

    2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

    Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi

    İş barədə məlumat:

    1. Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir;
    2. Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir;
    3. Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
    4. Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
    5. Büdcənin tərtibi və onun icrası;
    6. Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır;
    7. Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır;
    8. Şöbə rəhbərinin ona həvalə etdiyi digər işləri görür.

    Namizədə tələblər:

    – İqtisadi sahədə ali təhsil;
    – Büdcə və planlaşdırma sahəsində ən azı 2 il təcrübə;
    – Strateji planlaşdırma və xərclərin allokasiyası üzrə biznes və menecment prinsiplərinin yüksək səviyyədədə təhlil bacarıqları;
    – Fərdi maliyyə modelləri və onun idarəedilməsi üzrə alətlərin tədbiqi bacarıqları
    – MS Excel programı üzrə mükəmməl biliklər;
    – Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
    – İFRS üzrə əsas biliklər (ACCA imtahanlarından keçən namizədlərə üstünlük veriləcək);
    – İngilis dili arzu olunandır.

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini(azərbaycan dilində) 31.08.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
    Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryBank

    Apply Online