Brend menecer
İş barəsində:
– Satışın təhlilini həyata keçirir, məhsulların hədəf seqmentlərini müəyyən edir;
– Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək;
– Potensial müştərilər üçün məhsulların təqdim olunmasını, tematik seminarların keçirilməsini təşkil edir;
– Məhsulların qiymət siyasətini hazırlayır, satış şərtlərini müəyyən edir;
– Satışın həcmini proqnozlaşdırır və proqnozlara uyğun məhsul sifariş edir;
– Biznes tərəfdaşlarla danışıqların və yazışmaların aparılmasını həyata keçirir;
– Rəqiblərin qiymət siyasətini, bazar payını, satış aktivliyini araşdırır və görülən işlər barədə rəhbərliyə hesabat hazırlayır;
– Brendlərin inkişafı üzrə yeni təkliflər irəli sürmək
Tələblər:
– Ali iqtisadi təhsil (marketinq, brend menecment üzrə təhsil alan, təlim və kurslardan sertifikat qazananlara üstünlük veriləcək);
– Sürücülük vəsiqəsi;
– Dil bilikləri (rus və ingilis);
– FMCG sektorunda iş təcrübəsi olmalı;
– Analiz bacarığı;
– Üstün kompüter bilgiləri (MS Office) olmalı;
– Yüksək ünsiyyət bacarıqları;
– İnkişafa meylli, məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
– Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə “Brend menecer” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Job Features
Job Category | Biznes |