“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. Şirkətin ən böyük mağazası olan “MOV” Optimalın Nizami (Tarqovıy) filialının birinci, ikinci, üçüncü mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.
“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Niyə məhz Optimal?
– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– Pozitivlik bizim ən böyük uğurumuzdur!
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq!
*Bu vakansiya təcrübə tələb etmir!
Optimal Elektronika MMC “Brend Menecement” sahəsi üzrə Karyera və İnkişaf Proqramını açıq elan edir. Seçim mərhələrindən uğurla keçən namizədlər 1 ay təlimdən sonra, imtahan verərək “Brend menecerin köməkçisi” vəzifəsi üzrə işə qəbul oluna bilərlər.
Tələblər:
• Ali təhsil müəssisəsini yeni bitirməli (Maliyyə, iqtisadiyyat, biznesin idarə olunması)
• Azərbaycan, rus, ingilis dillərini səlis bilməli; Dillərin biznes stilistikasını bilməli;
• Yüksək analitika və araşdırma qabiliyyəti olmalı;
• Mic. Office, xüsusən də Excel proqramını yaxşı bilməli;
• Yenilikləri öyrənməyə meylli olmalı;
Biz Sizə təklif edirik:
• Böyük şirkətdə iş təcrübəsi:
• Özünü inkişaf etdirmək imkanı;
• Pulsuz təlimlər;
• Pozitiv kollektivdə işləmək imkanı;
• Beynəlxalq şirkətlərlə əməkdaşlıq;
• Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
• 5 iş günü;
• Bacarıqlarınıza uyğun əmək haqqı;
• Karyera inkişafı.
Maraqlanan namizədlər CV-lərini [email protected]imal.az ünvanına göndərərək müraciıt edə bilərlər. Mövzu (subject) yerində “Brend Menecement” sahəsi üzrə Karyera və İnkişaf Proqramı” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 30.04.2019
Job Features
Job Category | Menecer |