Əsas səhifə Biznes analitik-RSM Azerbaijan

    Biznes analitik-RSM Azerbaijan

    201
    Paylaş

    Posted 3 years ago

    Vəzifə: Biznes analitik

    Haqqımızda

    RSM Consulting & Technology  biznesimizin sürətli işkişaf edən bölmələrindən biridir. Məqsədimiz orta və böyük bazarlarda biznes həllərin inteqrasiyası və idarə etmə məsləhət xidmətləri sahələrində aparıcı liderlərdən birinə çevrilməkdir.

    Niyə RSM?

    RSM dünyada ən böyük audit, vergi və konsaltinq şirkətlərindən biri olaraq sizin tam potensialınıza nail olunmasına kömək edə bilər. Müxtəlif layihələr sizin təcrübə və biliklərinizi genişləndirəcək və peşəkar inşikafınıza kömək edəcəkdir. 120 ölkədə fəaliyyət göstərən qlobal komandamızın olması sizin üfüqləri genişləndirmək üçün imkanlar yaradacaqdır. Fərdi inkişafı dəstəkləyən və yeni fikirləri alqışlayan bir mühiti kəşf edin.

    Kimi axtarırıq

    Özünə güvənən, məsuliyyətli, komandada işləmə bacarığına malik, stresə dayanıqlı, öyrənməyə və daim inkişafa meyilli, uyğun ali təhsilə malik, beynəlxalq şirkətdə iş təcrübəsi əldə etmək istəyən perspektivli şəxsləri komandamızda görmək istəyirik.

    Namizədə tələblər:

    1. İqtisadiyyat, maliyyə, mühəndislik, tətbiqi riyaziyyat, istehslsal proseslərinin avtomatlaşdırılması və digər oxşar sahələr üzrə ali təhsil
    2. Azərbaycan (əla), rus (yaxşı), ingilis (yaxşı) dili biliyi
    3. Analitik düşünmə qabiliyyətinə malik olmalı
    4. Stresə davamlılıq, ünsiyyətcillik, kollektivdə işləmə bacarığı
    5. Tapşırıqların vaxtında yerinə yetirilməsinə məsuliyyətlilik
    6. Ezamiyyətlərə getməyə hazır olmalı
    7. Öz sahəsi üzrə yeni biliklər əldə etməyə meylli olmalı
    8. İş təcrübəsi tələb olunmur

    Öhdəliklər:

    1. Şirkətlərin biznes- proseslərinin təhlili, tətbiqi həllərin hazırlanması
    2. Məlumatların toplanması və işlənilməsi
    3. Təhlil nəticəsinə əsasən biznes təkliflərin hazırlanmasında iştirak 
    4. Tələblərin aydınlaşdırılması və problemlərin həllində iştirak

    Ümumi iş şərtləri:

    1. İş qrafiki 5/7 09:00-18:00
    2. Stabil əmək haqqı
    3. Əmək qanunvericiliyinə görə rəsmiləşdirmə
    4. Karyera yüksəlişi

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  18 may 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “biznes analitik” şəklində göstərilməsi xahiş edilir. 
    Əlavə məlumat üçün: www.rsm.az

    Job Features

    Job CategoryBiznes

    Apply Online