Vakansiya: Baş Mühasib (logistika şirkəti)
İş barədə məlumat:
– DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi;
– Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması;
– Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi;
– Maliyyə aktivlərinin idarə olunması
– Rəsmi hesabatların (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim edilməsi
– Vergi risklərinin hesablanması
– Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi
– Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması
– Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi
– Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
– Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi
Tələblər:
• Yalnız bəy namizədlər;
• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
• Qeyd edilən sahədə ən az 5 il iş təcrübəsi;
• Logistika sahəsində iş təcrübəsinin olması üstünlükdür
• 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
• Dil bilikləri: azərbaycan dili – əla, rus dili- əla, ingilis dili – danışıq səviyyəsi;
• Vergi və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər;
• Beynəlxalq mühasibat uçotu standartlarını bilmək (ACCA və digər sertifikatların olması üstünlükdür).
İş qrafiki:
• 5 günlük,
• İstirahət günləri: şənbə və bazar;
Iş yeri: Bakı şəhəri, Marina Plaza.
• Əmək haqqı: 2000-2500 AZN.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində “Baş Mühasib” qeyd etməklə, [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Job Features
Job Category | Mühasib |