Baş Mühasib
İş barədə məlumat
– Tikinti şirkəti olduğuna görə briqadaların ödənişləri Forma2-lər əsasında ödənilir. Bunlara nəzarət və ödənişlərin hesablanması. – Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi, əmək qanunvericiliyini mükəmməl bilməli
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– Balansın çıxarılması
– DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
Sair məlumat
– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– 1C proqramında sərbəst işləmək təcrübəsi
– Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
– Problemləri təhlil və həll etmə bacarığı
– Azərbaycan dili və Rus dili mükəmməl, İngilis dili biliyi arzuolunandır
Biz Sizə nə təklif edirik:
– Etibarlı şirkətdə karyera
– Professional və maddi yüksəliş üçün perspektiv
– İş qrafiki: 9.00-18.00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün: www.imasrus.ru
Job Features
Job Category | Mühasib |