Əsas səhifə Baş Mühasib-AZCO Engineering - Procurement & Construction Company

    Baş Mühasib-AZCO Engineering – Procurement & Construction Company

    120
    Paylaş

    Posted 4 years ago

    Şirkət haqqında:

    AZCO Engineering-Procurement & Construction” MMC şirkəti ən yaxşı inkişaf etmiş yerli EPC şirkətlərindən biridir. AZCO Sənaye Layihələrinə sərmayə qoyan və inkişaf edən şirkətləri peşəkar texniki xidmətlərlə təmin edir.

    Şirkətimiz Neft və Qaz, Dağ-Mədən, Sənaye və İnfrastruktur sektorlarında Mühəndislik, Təchizat Xidmətləri, Tikintinin İdarə edilməsi, İstehsalat və Tikinti, Sazlama işləri və İstismara verilmə zamanı Yardım, Texniki Təmir və İnsan Resursları Xidmətləri kimi ixtisaslaşdırılmış xidmət çeşidlərini təklif edir.

    Şirkətin adı: “AZCO Engineering-Procurement & Construction” MMC 
    Vakansiya: Baş Mühasib

    İş barədə məlumat:

    – Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək; 
    – Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq; 
    – Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək; 
    – Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq; 
    – Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq; 
    – Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
    – DSMF, vergi və s. hesabatların hazırlanması, 
    – Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunun aparmaq; 
    – Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi , ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək; 
    – Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.) 
    – Vergi bəyənnamələrinin hazırlanmaq (sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, ödəmə mənbəyindən tutulan vergi, ƏDV köçürmələri, ƏDV bəyənnamələri, əmlak vergisi, yol vergisi, hüquqi şəxlərin mənfəət vergisi, elektron vergi hesab fakturaların göndərilmək və s; 
    – Müəssisənin illik xərclərinin smetasının hazırlanması və onların analizi; -Fakturaların,VHF-larnın işlənməsi Q/f və VHF-ların tərtib olunması Aylıq, rüblük hesabatların hazırlanması və göndərilməsi Vergi bəyannamələrinin tərtib olunması. 
    – Bank koçürmələrinin aparılması; 
    – Xəzinə kitabının işlənməsi 
    – Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır 
    – Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır,  uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir 
    – Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir 
    – Qaimələri, aktları tərtib edir 
    – Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir

    Namizədə tələblər:

    Təhsil – Mühasibatlığ üzrə ali təhsil 
    İş təcrübəsi – Minimum 7 il 
    Vergi Məcəlləsini mükəmməl bilməli
    Kompyuter bilikləri –  MS office, Word, Excel, 1C 7.7 versiyası
    Dil bilikləri – Azərbaycan, ingilis dili.
    Xanım namizədlərə üstünlük verilir!

    Əmək haqqı: 1000-1200 AZN
    İş qrafiki:  Bazar ertəsi- Cümə 09:00-18:00

    Maraqlananlar  CV-ni mövzu yerinə Baş Mühasib qeyd edərək   [email protected]  ünvanına göndərə bilərlər. 

    Job Features

    Job CategoryMühasib

    Apply Online