Baş mühasib
Tələblər:
– Yaş həddi: 25-45;
– Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi;
– Azərbaycan və ingilis dillərində səlist danışıq qabiliyyəti;
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
– 1C (8.3) proqramında işləmək bacarığı;
Vəzifələr:
– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Job Features
Job Category | Mühasib |