Əsas səhifə Baş Mexanik-Region Agro

    Baş Mexanik-Region Agro

    78
    Paylaş

    Posted 4 years ago

    Vəzifə: Baş Mexanik

    Sahə: Kənd Təsərrüfatı
    İş yeri: Goranboy rayonu, Dəliməmmədli şəhəri.

    İşin təsviri:

    • Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
    • Təmirə dayanmış texnikaların vaxtında təmirinin başa çatdırılması və tam istismara yararlı vəziyyətə gətirilməsi üçün tədbirlər görmək
    • Təmir edilmiş texnikanın istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq və tənzimləmək, yoxlama – sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
    • Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Görülməli işlərin texniki hazırlığını təmin edir.
    • Texnikaların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
    • Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabtlar təqdim etmək
    • Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
    • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
    • Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
    • Sahəyə  buraxılan və sahədən qayıdan texnikaların texniki vəziyyətinin yoxlanması üzrə işləri təşkil etmək;
    • Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
    • Tabeçiliyində olan traktoristlərə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik edir, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir.
    • Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
    • Texniki nasazlıqlarla sahədən qayıtma hallarında hər bir nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq, səbəbini öyrənmək və bundan sonra (gələcəkdə) oxşar hallarda xəbərdarlıq üçün tədbirlər görmək;
    • Baş aqronomun sahə ilə bağlı aqro texniki tələblərini əksiksiz və nöqsansız  təmin edir.
    • İllik əkin-bicin  planına uyğun olaraq texnika ehtiyac siyahının belirlenmesi.
    • Daxili prosedurlara və nizam – intizam qaydalarına riayət etmək;
    • Rəhbərlik  tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;

    TƏLƏBLƏR:

    • 30-45 yaş həddi
    • Mexanika sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
    • Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
    • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
    • Güclü ünsiyyət və danışıq qabiliyyəti
    • Komandada işləmək bacarığı
    • Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı
    • MS Excel proqram biliyi;
    • 1 C  proqramı bilikləri üstünlükdür.
    • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
    • Sürücülük vəsiqəsi olmalı
    • John Deer, New Holland, Belarus  və türkiyə istehsalı olan texnikalarının təmiri və texniki xidmətlə bağlı mexanik işlərində təcrübəli olması üstünlükdür.
    • Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən

    Təminatlar:

    •  İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
    •  Nahar ilə təmin edilmə
    • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanik” yazaraq [email protected]  ünvanına göndərilməsi xahiş olunur.
    • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

    Job Features

    Job CategoryBiznes

    Apply Online