Əsas səhifə Bankın Bakı filiallarının Müştəri xidməti şöbəsinin mütəxəssisi-Xalq Bank

    Bankın Bakı filiallarının Müştəri xidməti şöbəsinin mütəxəssisi-Xalq Bank

    82
    Paylaş
    Xalq Bank
    Xalq Bank

    Posted 4 years ago

    Vəzifə: Bankın Bakı filiallarının Müştəri xidməti şöbəsinin mütəxəssisi

    İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
    Şəhər: Bakı

    NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

    • Ali magistr təhsili;
    • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
    • Bu sahə üzrə 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
    • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
    • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
    • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
    • Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
    • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
    • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
    • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
    • Kompyuter bilikləri;
    • Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;

    İŞİN TƏSVİRİ:

    • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
    • Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
    • Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
    • Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
    • Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.

    QEYD:

    Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

    Əlaqə vasitələri:

    E – mail: [email protected]
    Telefon: (012) 404 43 39
    Faks:     (012) 404 43 34

    Job Features

    Job CategoryBank

    Apply Online