Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi
Ümumi məlumat
Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
• Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir;
• Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır;
• Biznes proseslərin ilkin funksionalını hazırlayır və testə göndərir;
• Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır;
• Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir;
• Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir;
• Tərəfindən tətbiq olunmuş biznes proseslər üzrə müvafiq texniki dəstəyi dəstək qrupuna göstərir;
• Bankın biznes prosesləri üzrə dəstək qrupundan daxil olan biznes prosesləri üzrə texniki sualları cavablandırır;
• Şöbə müdiri tərəfindən həvalə olunmuş proseslərin təkmilləşdirilməsində iştirak edir;
• Bankın əməliyyat sistemində icra olunan proseslər üzrə müvafiq hesabatları hazırlayır;
• Banka müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlayır və tətbiq edir.
Tələblər:
• Sahə üzrə ən azı 1 illik iş təcrübəsi , bank təcrübəsi arzu olunandır;
• Texniki sahədə tam ali təhsil;
• Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdimi bacarığı;
• OOP prinsipləri üzrə yaxşı səviyyədə biliklər;
• C# üzrə ASP.NET texnologiyaları və webservice, ODBC, XML üzrə yaxşı səviyyədə biliklər;
• MS SQL Serverin 2008-dən aşağı olmayan versiyalarında, Oracle-nin 10g-dən aşağı olmayan versiyalarında sorğuların yazılması bacarığı;
• Öncədən yazılmış kodları təhlil etmək və onlarla işləmək bacarığı;
• Komanda tərkibində və fərdi işləmə bacarığı;
• Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta səviyyədə Rus dili biliyi.
CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Job Features
Job Category | Bank |