Əsas səhifə Bakı/ Gəncə/ Sumqayıt Filiallarına Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis-Ziraat Bank Azərbaycan ASC

    Bakı/ Gəncə/ Sumqayıt Filiallarına Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis-Ziraat Bank Azərbaycan ASC

    82
    Paylaş

    Posted 4 years ago

    “Ziraat Bank Azərbaycan” ASC Bakı/ Gəncə/ Sumqayıt Filiallarına Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir

    Vəzifəyə olan tələblər:

    • Ali iqtisadi/maliyyə təhsili;
    • Yaşı – 25-35 arası;
    • Orta sahibkarlığın və/ və ya Korporativ biznesin maliyyələşdirilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
    • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını hazırlamaq və təhlil etmə bacarıqları;
    • Analitik düşünmə bacarığı;
    • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
    • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
    • Banklarda hesabların açılması və aparılması, Sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarına dair iş təcrübəsi;
    • Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;
    • Kompüter bilikləri (MS Office, Internet);
    • İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.

    Əsas vəzifələr:

    • Bankın məhsulları haqqında müştərilərə məsləhət xidmətləri göstərmək;
    • Müştəri haqqında məlumat toplamaq;
    • Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmalar aparmaq;
    • Maliyyə təhlili üzrə biliklərə sahib olmaq;
    • Müştərilər üçün kredit və kommersiya təkliflərini hazırlamaq;
    • Müştərilərə bankın göstərdiyi başqa xidmətlər üzrə məlumat vermək;
    • Müştərilər üzrə geniş təhlil hesabatlarını (biznes fəaliyyətinin izahı, maliyyə hesabatları) hazırlamaq.

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını oktyabr ayının 20-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Sizə uyğun filialın adını yazmaqla “Kredit Mütəxəssisi” qeyd etməyiniz vacibdir.

    Job Features

    Job CategoryBank

    Apply Online