Əsas səhifə İT Audit şöbəsinin müfəttişi-Bank of Baku

    İT Audit şöbəsinin müfəttişi-Bank of Baku

    81
    Paylaş
    Bank of Baku.
    Bank of Baku.

    Posted 4 years ago

    İT Audit şöbəsinin müfəttişi

    Əsas vəzifə və öhdəliklər

    o İT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq audit proqramının tərtib edilməsi
    o İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması
    o İT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi
    o Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması
    o Auditin beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi
    o Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində hesabatın hazırlanması və təqdim edilməsi

    Seçim meyarları

    o İnformasiya texnologiyaları, proqramlaşdırma və ya iqtisadiyyat üzrə ali təhsil
    o Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması
    o İT sahəsi (İT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 3 ildən çox iş təcrübəsi (İT Audit sahəsində iş təcrübəsi arzuolunandır.)
    o İT Audit və risklərin idarə olunması üzrə biliklər
    o Daxili və Beynəlxalq İT standartları üzrə biliklər

    İş şərtləri

    o İş yeri: Baş İdarə
    o İş vaxtı: 5 iş günü, 09:00-18:00

    Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
    www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində İT Audit şöbəsinin müfəttişi qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

    Job Features

    Job CategoryBank, İnformasiya Texnalogiyaları

    Apply Online