Əsas səhifə Aparıcı mütəxəssis, Satınalmalar şöbəsi-Sumgait Technologies Park LLC

    Aparıcı mütəxəssis, Satınalmalar şöbəsi-Sumgait Technologies Park LLC

    97
    Paylaş

    Posted 4 years ago

    Vəzifənin adı: Aparıcı mütəxəssis, Satınalmalar şöbəsi

    Vəzifə öhdəlikləri:

    • Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlanmasında və həyata keçirilməsində satınalmalar şöbəsinin müdirinə kömək edir;
    • Proqnozlaşdırılan daxili və xarici  satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır və satınalmalar şöbəsinin müdirinə təqdim edir;
    • Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf edilməsində satınalmalar şöbəsinin müdirinə köməklik edir;
    • Potensial təchizatçıların siyahısının hazırlanmasında tövsiyyələrini verir;
    • Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır;
    • Təchizatçılar və xidmət təminatçılarının işini, performansını daima izləyərək aşağı səviyyəli xidmət göstərən təchizatçılarla bağlı tövsiyyələr verir;
    • Müəssisə tenderlər üçün hazırlaşan zaman təchizat məsələlərində əlaqədar komandalara kömək edir;
    • Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir.

    Təhsil/Təcrübə: 

    • Ali təhsil;
    • Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
    • Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
    • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
    • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
    • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

    Əlavə məlumatlar: 

    • Əmək haqqı razılaşma əsasında; 
    • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
    • İş qrafiki: 5 gün, 09:00 – 18:00
    • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
    • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. 
    • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

    Job Features

    Job CategoryMarketinq

    Apply Online